İsveçrə banklarında qəribə problem: “50 ildən çoxdur, milyardlarının dalınca gəlmirlər”

Xəbər verildiyi kimi, İsveçrə bankları uzun müddətdən bəri istifadə olunmayan hesablardakı pulların sahiblərini axtarır. Bu banklardakı yüzlərlə hesabın sahibləri artıq yarım əsrdən çoxdur pullarının ardınca gəlmirlər.

Bununla bağlı İsveçrə parlamenti tərəfindən müvafiq qanun qəbul edilib. 2015-ci ilin 1 yanvar tarixindən qüvvəyə minən qanuna görə əgər müştəri 10 il ərzində bankla əlaqə yaratmırsa və bundan 50 il sonra hesab olduğu kimi qalırsa, varisin axtarılması üçün həmin hesab barəsində məlumat yayılır.
Bunun üçün İsveçrə hökuməti www.dormantaccounts.ch saytı da yaradıb. Bu sayt vasitəsilə hər kəs əcdadlarının İsveçrənin hər hansı bir bankında hesabının olub-olmamasını yoxlaya bilər.

Bu veb-saytda siz İsveçrə banklarına yatırılmış, lakin müştərisi ilə son əlaqəsi ən azı 60 il bundan öncə olan və dəyəri 500 CHF (İsveçrə frankı) yuxarı, ya da ümumiyyətlə bilinməyən hərəkətsiz aktivlər haqqında məlumat tapa bilərsiniz.

İsveçrənin bank fəaliyyəti haqqında qanunun tələbələri və İsveçrə Bankları Assosiasiyası rəhbərliyinin təlimatlarına uyğun olaraq, 2015-ci ilin yanvarın 1-dən etibarən, ümumi dəyəri 500 isveçrə frankından yuxarı olan və müştərisi ilə ümumilikdə 60 il (ilkin 10 il daha sonra növbəti 50 il durğunluq) əlaqəsi olmayan aktivlər haqqında məlumatlar dərc edilməyə başlayıb. Verilmiş saxlama müddəti ərzində benefisiar tərəfindən heç bir qanuni əsaslandırmış müraciət daxil olmadığı təqdirdə belə aktivlər ləğv olunaraq, İsveçrə federal hökumətinin hesabına köçürülür. Eyni prosedur dəyəri 500 isveçrə frankı və ya naməlum olan bank depozit qutularına də şamil olunur. 

Bu aktivlərə hüququnuzun olduğunu düşünürsünüzsə, banka rəsmi müraciət ünvanlaya bilərsiniz. Bunun üçün "Nəşrlər” panelinə basına və daha sonra müavifiq girişdən keçin. Bundan sonra siz müraciət (anket) formasını dolduraraq, təsdiqləyici sənədlərinizi əlavə edib, sorğunuzu göndərə bilərsiniz. Həmçinin siz benefisiarın təmsilçisi (vəkili) kimi də müraciət ünvanlaya bilərsiniz. 

VACİB: Müəyyən edilmiş xanalarda hesabın sahibi haqqında mümkün qədər çox informasiya qeyd etməlisiniz. Məsələn: keçmiş ünvan, vəzifə(lər) və ya iş yerləri, yaxın qohumların adı və s. Özəlliklə siz dərc olunmuş sözügedən şəxslə münasibətinizi aidiyyatı sənədlərlə ifadə edərək, hərkətsiz aktivlərə sahibolma (sahiblik) hüququnuzu sübut etməlisiniz. Sübut kimi qəbul oluna biləcək sənədlər bunlardır: vərəsəlik şəhadətnaməsi, ölüm haqqında şəhadətnamə, rəsmi ailə qeydiyyat kitabçası, doğum haqqında şəhadətnamə, nikah haqqında şəhadətnamə, hesabın potensial sahibinin şəxsiyyət vəsiqəsi, hesabın potensial sahibinin müvəqqəti (ya da daimi) yaşayış vəsiqəsi, köhnə hesab sənədləri və s. 

Xanalarda nə qədər çox dəqiq informasiya qeyd etsəniz, bank da bir o qədər tez sizin hüququnuzun olub, olmadığına qərar verə biləcək. Müraciət edən tərəf kimi siz mütləq şəxsiyyətinizi təsdiq edən sənəd təqdim etməlisiniz. Müraciətin hüquqi təmsilçi tərəfindən edildiyi halda sənədlər arasına hər iki tərəfin imzaladığı etibarnamə yüklənməlidir. Diqqət edin ki, banklar kifayət qədər dəqiq məlumat və ya sənəd təqdim edilməmiş müraciətləri rədd etmək hüququna malikdirlər. Əlbəttə siz dərcolunma tarixi bitənə qədər yenidən müraciət göndərək, əlavə informasiya təqdim edə bilərsiniz. 

Ulduz (*) işarəsi ilə qeyd edilmiş xanaların tam və dəqiq doldurulması mütləqdir. Heç bir aidiyyatı məlumatı təqdim edə bilmədiyiniz halda xanaları boş buraxın. 
Qeyd: Əgər siz müraciət (anket) formasını doldurduğunuz zaman 30 dəqiqə ərzində heç bir qeydiyyat aparmasanız yenidən başlamalı olacaqsınız. Buna görə də müraciət formasını doldurmağa başlamamışdan öncə bütün lazımi sənədlərin əlinizin altında olduğunu yoxlayın. Aşağıda qeyd edilmiş sənəd formatları qəbul edilir: pdf, .jpg, .png, .gif. 

Dərc edilmədən sonra müraciət üçün son müddət 1 ildir. Müştərisi ilə son əlaqəsi 1954-cü ildən (və ya daha əvvəl) olan aktivlərə gəldikdə isə son müraciət tarixi dərc edilmədən sonra 5 il təşkil edir. 

Bank sizin müraciətinə mümkün qədər tez baxaraq, sizinlə əlaqə saxlayacaq. Diqqətinizə çatdırırıq ki, müraciətinizə baxılma və onun dəyərləndirilmə müddəti bir neçə həftə/ay təşkil edə bilər.

Əgər sorğunun aydın şəkildə əsassız olduğu, müraciət edən şəxs isə hərəkətsiz aktivlərə əlaqəsini dəqiq sübut edə bilmədiyi halda (Bank qaydalarının 53 (3) maddəsinə uyğun olaraq), bank iddianın araşdırlması üçün xərclənən vəsaiti həmin şəxsdən (müraciət edən tərəfdən) geri tələb edə bilər. 

Son müraciət tarixinə qədər heç bir sorğu daxil olmadığı halda və ya bank müraciətin əsassız olduğuna qərar verdiyini zaman bank bütün aktivləri Federal Maliyyə Administrasiyasının idarəsinə ötürür. Bu zaman keçmiş müştəri və ya onun qanuni təmsilçilərinin bütün hüquqları etibarsız sayılır.

Əlavə informasiya və ya suallarınız üçün İsveçrə Bank Ombudsmeninin (Swiss Banking Ombudsman) İddialar Mərkəzinə müraciət edə bilərsiniz. 

MediaFax