İstefada olan amerikalı general Putindən yazdı

ABŞ ordusunun istefada olan general-mayoru Bryus Loulor "The Washington Times” qəzetində dərc olunan ölkəsinin xarici və müdafiə siyasətinin prioritetləri ilə bağlı məruzəsində maraqlı məqamlara toxunub.
 
Loulor bəyan edib ki, Putin Rusiyanın Qafqazda və Orta Asiyada təsirini bərpa edib, Şərqi Avropa ölkələrini qorxudub, Rusiyanın Yaxın Şərqdə əsas oyunçuluğunu bərpa edib.

General Rusiyanın əsas məqsədinin NATO-nun dağılması, bunun sayəsində Moskva və Ankaranın daha sıx qarşılıqlı əlaqələrinin qurulması olduğunu da vurğulayıb.

İstefada olan general Rusiyanı KİV-dən və öz casuslarından istifadə edərək müxalifəti ayağa qaldırmaqda istifadədə günahlandırıb. O, Rusiyanın yeni müharibə forması yaratdığını, ABŞ-ın isə buna hərbi əməliyyatlardan başqa heç nə ilə cavab verə bilmədiyini də vurğulayıb.

"Cənab Putin qalib gəlir, ona görə ki,  bizim aqressiyasının qarşısını almaqdan ötrü hərbi əməliyyatdan başqa cavabımız yoxdur. O, düzgün nəticəyə gəlir ki, bizimlə müharibəyə başlamaq təhlükəsi birmənalı deyil”, - məruzədə qeyd edilir./modern.az/

MediaFax