İstanbul qana boyandı: 39 ölü, 65 yaralı - Yenilənib

09:16 
 
İstanbulun Beşiktaş rayonunda yerləşən "Reina" gecə klubuna hücum nəticəsində 2 nəfər ölüb, 20-dək şəxs yaralanıb
 
Santa Klaus geyimli naməlum silahlı  şəxslər kluba daxil olaraq içəridəki insanlara atəş açıb. 
 
Məlumata görə, hücum edənlərdən biri hələ da binadanlardan birindədir. 
 
X X X

 
İstanbuldakı "Reina" gecə klubuna hücum nəticəsində 35 nəfər ölüb, 40 nəfər yaralanıb.
 
Bu barədə şəhərin valisi Vasip Şahin bildirib. 
 
Bundan əvvəl hücum zamanı iki nəfərin öldürüldüyü bildirilirdi. 
 
Vali törədilmiş hücumu terror aktı adlandırıb. Onun sözlərinə görə, gecə klubuna hücumda bir nəfər iştirak edib. Naməlum silahlı  şəxs yerli vaxtla 01.15 radələrində Ortakoy rayonunda yerləşən Reina gecə klubuna yaxınlaşaraq,  girişdə duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirib, sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb. 
 
Hücum zamanı gecə klubunda  600-dək insan Yeni il bayramını qeyd edirmiş.  

X X X
 
İstanbulda gecə klubunda törədilmiş terrorda ölənlərin sayı 39-a yüksəlib.
 
NTV-nin verdiyi məlumata görə, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
 
Nazir ölənlərdən 16-nın başqa ölkələrin vətəndaşı olduğunu açıqlayıb.
 
O, xəstəxanalarda 69 yaralının olduğunu da deyib.
 
-----------
10:36 
 
Türkiyə daxili işlər naziri: "İstanbuldakı qətliam bir terrorçu tərəfindən törədilib"

İstanbuldakı "Reina” gecə klubunda qətliam bir terrorçu tərəfindən törədilib.
 
Türkiyənin NTV telekanalının verdiyi məlumata görə, bunu Türkiyə daxili işlər naziri Süleyman Soylu bildirib.
 
S. Soylu deyib ki, bir qətliam törədilib. Olayda həyatını itirən 39 nəfərdən  4-ü də "Reina” gecə klubunun işçiləridir. Türkiyənin daxili işlər naziri  Santa Klaus geyimində gecə klubuna daxil olan şəxsin qətliamdan sonra paltarını dəyişərək oradan qaçdığını da söyləyib.
 
Türkiyənin səhiyyə naziri Rəcəb Akdağ isə terror aktı nəticəsində 39 nəfərin öldüyünü, xəstəxanalarda hazırda 65 yaralının olduğunu açıqlayıb. Yaralılardan 4-nün vəziyyəti ağırdır./APA/
 
MediaFax