07:11
İstanbulun mərkəzindəki "Vodafon Arena” futbol stadionu yaxınlığında törədilən iki partlayış nəticəsində 27-si polis əməkdaşı olmaqla, 29 nəfər ölüb, yaralananların sayı isə 166 nəfərə çatıb.
İstanbulun mərkəzindəki "Vodafon Arena” futbol stadionu yaxınlığında törədilən iki partlayış nəticəsində 27-si polis əməkdaşı olmaqla, 29 nəfər ölüb, yaralananların sayı isə 166 nəfərə çatıb.
Bu barədə "Anadolu” Türkiyə DİN rəhbəri Süleyman Soyluya istinadən məlumat yayıb. Onun sözlərinə görə, birinci partlayış "Vodafon Arena” stadionunun çıxışı yaxınlığında, polisin toplanma yerində Bakı vaxtı ilə saat 23.29-da baş verib. Partlayış avtomobilə quraşdırılmış, məsafədən idarə olunan partladıcı qurğunun işə salınması vasitəsi ilə törədilib. Bundan 45 saniyə sonra terrorçu-kamikadze Maçka parkı ərazisində üzərindəki partladıcı qurğunu işə salmaqla ikinci partlayışı törədib.
Bundan əvvəl KİV-lər 15 nəfərin öldüyünü, 70 nəfərin yaralandığını bildirirdi.
Allah şəhidlərə rəhmət eləsin.
=====
13:14
İstanbulun Beşiktaş rayonunda baş vermiş terror hadisəsi zamanı ölənlərin sayı 38 nəfərə çatıb.
Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
S. Soylu deyib ki, şəhid olanlardan 31-I polis əməkdaşıdır. O, ölənlərdən birinin kimliyinin hələlik müəyyənləşmədiyini də qeyd edib.
Nazir qeyd edib ki, hazırda xəstəxanalarda 155 yaralı var, onlardan 14-nün vəziyyəti ağırdır.
S. Soylu hazırda 13 nəfərin şübhəli şəxs qismində saxlanıldığını da vurğulayıb: "İndiyə qədərki araşdırmalar hadisəni PKK terror təşkilatının törətdiyini göstərir”.
Nazir bu gün şəhid polislərdən bir neçəsinin dəfn mərasiminin keçiriləcəyini də qeyd edib./APA/
MediaFax