İstanbulda daha bir terror: yaralıların sayı 10-a çatıb

İstanbulda partlayış olub.

Trend-in "Habertürk"ə istinadən verdiyi məlumata görə, partlayışın polis idarəsinin yaxınlığında qeydə alındığı bildirilir.

Hadisə yerinə çoxsaylı polis əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, hadisə nəticəsində 5 nəfər xəsarət alıb.
 
X X X
 
İstanbulda baş vermiş partlayış nəticəsində yaralıların sayı 10 nəfər çatıb.

Trend-in məlumatına görə, bu barədə İstanbul valisi Vasip Şahin bildirib.

Vali yaralıların vəziyyətinin ağır olmadığını deyib.

Qeyd edək ki, İstanbulda polis idarəsinin yaxınlığında motosikletə quraşdırılmış partlayıcı qurğu işə düşüb. Yaralılar arasında polis yoxdur.


MediaFax