İstanbul terrorçusunun kimliyi bilindimi? - Yenilənib

14:30 
 
Türkiyənin hüquq-mühafizə orqanları Yeni il gecəsi İstanbulun elit əyləncə məkanı "Reina”da avtomatla kütləvi qırğın törədib qaçan terrorçunun kimliyini nəhayət təsbit edə bilib.

Bu, 28 yaşlı Qırğızıstan vətəndaşı Yəhya Maşrapovdur. TRT telekanalı Qırğızıstanın  dövlət qeydiyyat Xidməti tərəfindən Maşrapova verilmiş xarici pasportun surətini nümayiş etdirib.  Habelə terrorçunun yeni videokadrları yayılıb. Buna baxmayaraq onun axtarışları hələ nəticə verməyib. Maşrapovun Türkiyəni tərk etdiyi istisna deyil.

Xatırladaq ki, "Reina”da törədilmiş terror hücumunda 40 nəfər həlak olub, 64 nəfər yaralanıb./virtualaz.org/
 
---------------
18:29 
 
Qırğızıstan vətəndaşı Yəhya Maşrapov bildirib ki, terror aktına heç bir aidiyyəti yoxdur.

Bu barədə AKİpress agentliyi xəbər yayıb.

Agentliyin məlumatına görə, Maşrapov 3 yanvarda Türkiyədən Bişkek aeroportuna gəlib və artıq ölkənin Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən dindirilib.

Maşrapov izah edib ki, 1 yanvarda ticarətlə bağlı işlərə görə Bişkekdən İstambula gəlib. Amma qayıdarkən türk hüquq-mühafizə orqanlarının əməkdaşları onu təyyarədən endiriblər./virtualaz.org/



MediaFax