İstanbulda "Reina” gecə klubunda terror hadisəsini törətməkdə şübhəli bilinən şəxsin kimliyi məlum olub.
Milliyyet.com.tr-in verdiyi məlumata görə, hadisəni törədən şəxsin uyğur türkü olduğu, ötən il noyabr ayında ailəsi ilə birlikdə Konyaya gəldiyi bildirilir. Onun görüntüləri də yayımlanıb.
Terrorçunun diqqət çəkməmək üçün həyat yoldaşı və iki uşağını da özü ilə gətirdiyi bildirilir.
Onun ailə üzvləri polis əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, Yeni il gecəsi naməlum şəxs İstanbulun Ortaköy rayonunda yerləşən "Reina” gecə klubuna hücum edib. 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb. Ölənlər arasında Səudiyyə Ərəbistanı, Mərakeş, Livan, Liviya, İordaniya və İsrail, Rusiya vətəndaşları var./APA/
MediaFax