İsrail Türkiyəyə nazir göndərir

İsrailin infrastruktur, energetika və su təchizatı naziri Yuval Ştaynits aprel ayında Türkiyəyə işgüzar səfər edəcək.
 
Nazir səfər çərçivəsində İstanbulda Atlantik şurasının iclasında iştirak edəcək.
 
Bundan başqa, Y.Ştaynits enerji əməkdaşlığı və İsrail qazının Türkiyəyə ixracı məsələlərini müzakirə edəcək.
 
Qeyd edək ki, daha əvvəl Y.Ştaynits İsrailin TANAP layihəsinə qoşula biləcəyini demişdi./modern.az/

MediaFax