İsrail səfirliyinə hücum edən kimdir? - Yenilənib

14:05 
 
Bu gün Türkiyədəki İsrail səfirliyinin yaxınlığında atəş səsləri eşidilib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının müdaxiləsi nəticəsində səfirliyə hücum edən iki nəfərdən biri öldürülüb./virtualaz.org/
 
-------------
15:10 
 
İsrailin Türkiyədəki səfirliyinin binasına silahlı hücum edən şəxsin kimliyi bəlli olub.
 
Tutulmuş şəxsin 1978-ci il təvəllüdlü Konya şəhər sakini Osman Nuri Çalışkan olduğu müəyyənləşib.
 
Hadisə zamanı o, əlindəki çanta ilə təkbir gətirərək səfirliyə doğru qaçıb. O, ayağından vurularaq dayandırılıb.
 
Şübhəli şəxs dərhal yaxınlıqda yerləşən xəstəxanaya aparılıb və müalicəsinin ardından sorğu-sual edilib.
 
Osman Nuri Çalışkan ilk ifadəsi zamanı hadisəni  Yaxın Şərqdəki qanı dayandırmaq üçün etdiyini deyib.
 
Faktla bağlı araşdırmalar davam etdirilir./modern.az/

MediaFax