İspaniyanın paytaxtı Madriddə azərbaycanılar "Fitur-2017” Beynəlxalq Turizm sərgisində erməni təxribatına qarşı aksiya keçiriblər.
Əllərində Azərbaycan bayrağı tutan həmyerlilərimiz Ermənistanın işğal olunmuş torpaqlarımızda yaradılan separatçı rejimi təbliğ etmək məqsədi ilə quraşdırılan Qarabağ stendinin qarşısında dayanıblar. Aksiya ispan polsiinin müdaxiləsindən sonra dağıdılıb.
İspaniyanın Madrid şəhərində 18-22 yanvar tarixlərində ənənəvi "Fitur-2017” Beynəlxalq Turizm sərgisi keçirilir.
Ermənistan bu dəfə də həmin sərgidə təxribata əl atıb. Erməni mətbuatının yaydığı xəbərə görə, sərgidə "Dağlıq Qarabağ" ın təbliği məqsədilə stend qurulub.
Hətta sərgidə Qondarma Dağlıq Qarabağ Respublikasını "Qarabağ Turizm İnkişaf Agentliyi” şirkəti də təmsil edilir./aznews.az/