İspaniyanın "Barselona” klubunun türk futbolçusu Arda Turan Türkiyədə keçiriləcək konstitusiya islahatı üçün kampaniyaya qoşulub.
Türk futbolçu referenduma "Hə” deyəcəyini bildirib. O, "Daha güclü Türkiyə istəyirik” deyərək prezident səlahiyyətlərini genişləndirəcək maddələrə səs verəcəyini deyib. "Twitter” səhifəsində isə Ərdoğana dəstək videosu paylaşıb.
Ardanın bu bəyanatı İspaniya qəzetlərinin diqqətini çəkərək xəbər başlığına çevrilib. İspaniya qəzetlərinin başlıqlarını təqdim edirik:
"Prezidenti səlahiyyətlərini genişlədəcək kampaniyaya daxil oldu. Türk futbolçu referendumda "Hə” deyəcəyini açıqladı”.
"Arda Turan prezidentinin səlahiyyətini genişləndirən islahata dəstək oldu. "Yox” deyənlərin etirazına səbəb oldu”.
"Arda Turan siyasətə girdi… Barselonalı futbolçu referenduma "hə” deyəcəyini dedi”.
"Arda Turan Ərdoğanın konstitusiya islahatına dəstək verib. Ardanın siyasi mesajı Türkiyəni köpdürdü”./avropa.info/