İsmayıl Qəhrəman əməliyyat olundu - Yenilənib

10:53 
 
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Qəhrəman xəstəxanaya yerləşdirilib.
 
"Milliyet”in verdiyi xəbərə görə, tibbi müayinələrdən keçmək üçün Ankaradakı xəstəxanalardan birinə yerləşdirilib.   
 
Digər təfərrüatlar açıqlanmır./APA/
 
---------
18:18 
 
Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman cərrahiyə əməliyyatı olunub.

Bunu Türkiyənin səhiyyə naziri Rəcəb Akdağ bildirib.

Paytaxt Ankaradakı "Güvən" xəstəxanasında keçirilən cərrahiyə əməliyyatı 5 saat davam edib. Həkimlər deyiblər ki, əməliyyat uğurla başa çatıb və parlament sədrinin durumu hazırda normaldır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əməliyyatdan sonra İ.Qəhrəmana baş çəkib. Xanımı Əminə Ərdoğanla birlikdə xəstəxanaya gedən R.T.Ərdoğan parlament sədrinin durumu haqqında məlumat alıb.

Xatırladaq ki, İ.Qəhrəmanın səhhətində problem yarandığından dünən xəstəxanaya yerləşdirilib./report.az/

MediaFax