İşlədiyi firmaya 155 min “atdı” - Bakıda

Bakıda boya istehsal edən müəssisənin rəhbərinə qarşı dələduzluq edilib.

Xətai rayonu Nobel prospektində yerləşən "Yurd-F" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru 1972-ci il təvəllüdlü Qasımov Mehdi Xətai Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək ona qarşı dələduzluq edildiyini bildirib.

M.Qasımov qeyd edib ki, 2016-cı il yanvar ayında satış meneceri 1987-ci il təvəllüdlü Səbuhi Atayev 155382 manat dəyərində boya məhsullarını sataraq pulunu mənimsəyib.

Qeyd olunur ki, boya müəssisəsi 1991-ci ilin oktyabrında "Yurd" kiçik müəssisəsi kimi fəaliyyət göstərib. 2011-ci ildən etibarən "Yurd-F" MMC kimi fəaliyyətini davam etdirir.

Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır./report.az/

MediaFax