İslam Kərimov insult imiş - Yenilənib

28.08.2016 
16:52

Özbəkistan prezidenti İslam Kərimov xəstəxanaya yerləşdirilib.
 
"RİA Novosti”nin verdiyi məlumata görə, Özbəkistan Nazirlər Kabineti İ. Kərimovun stasionar müalicə aldığını açıqlayıb.
 
Özbəkistan prezidentinin xəstəliyi və konkret müalicə müddəti ilə bağlı məlumat verilmir. Məlumatda qeyd edilib ki, tam tibbi müayinə və növbəti müalicə müəyyən müddət tələb edir.
 
Qeyd edək ki. Özbəkistan prezidenti İ. Kərimovun 78 yaşı var.
 
----------------
29.08.2016 
14:20
 
Özbəkistan prezidenti İslam Kərimovun qızı atasının sağlıq durumu ilə bağlı açıqlama verib.
 
İ. Kərimovun kiçik qızı Lola Kərimova-Tillyayeva özünün "Facebook” və "İnstagram” sosial şəbəkələrindəki səhifələrində atasının insult olduğunu yazıb. O, ötən şənbə günü İ. Kərimovun beyninə qan sızdığını və xəstəxanaya aparıldığını, hazırda reanimasiya şöbəsində müalicə olunduğunu bildirib: "Onun gələcək durumu barədə hər hansı proqnoz vermək hələ tezdir”. 

Xatırladaq ki, 1989-cu ildən bəri Özbəkistanı idarə edən İslam Kərimov 78 yaşındadır. 

MediaFax