Azərbaycanda İslam Həmrəylik Oyunları may ayının 12-dən 22-nə kimi keçiriləcək.
Bu barədə saytımıza İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsindən məlumat verilib.
Məlumatda bildirilib ki, İslam Həmrəylik Oyunlarının açılış mərasimi mayın 12-si Bakı Olimpiya Stadionunda olacaq.
İdman oyunlarında 21 idman növü üzrə 57 dövlətin 6000-ə yaxın idmançısının mübarizə aparacağı nəzərdə tutulub.
İslam Həmrəylik Oyunlarında yarışların keçiriləcəyi idman növləri və yerləri aşağıdakılardır:
Atletika və Para Atletika - Bakı Olimpiya Stadionu – ( Kişilər və Qadınlar)
Su idman növləri — Suya tullanma- Bakı Akvatika Mərkəzi – ( Kişilər və Qadınlar)
Su idman növləri — Üzgüçülük - Bakı Akvatika Mərkəzi – ( Kişilər və Qadınlar)
Su idman növləri —Vaterpolo Arenası- (Kişilər)
Basketbol 3x3 - Bakcell Arena- ( Kişilər və Qadınlar)
Futbol AZA/BAY/TBS/DAL (Kişilər)
Bədii gimnastik - Milli Gimnastika Arenası- ( Kişilər və Qadınlar)
İdman gimnastikası - Milli Gimnastika Arenası- (Qadınlar)
Uşu - Milli Gimnastika Arenası- (Kişilər)
Stolüstü tennis -Bakı İdman Zalı- ( Kişilər və Qadınlar)
Həndbol -Bakı İdman Zalı- ( Kişilər və Qadınlar)
Cudo və görmə qabiliyyətiolmayanlar üçün cudo - Heydər Əliyev Arenası- ( Kişilər və Qadınlar)
Yunan-Roma güləşi - Heydər Əliyev Arenası- (Kişilər)
Sərbəst güləş- Heydər Əliyev Arenası- ( Kişilər və Qadınlar)
Atıcılıq -Bakı Atıcılıq Mərkəz- ( Kişilər və Qadınlar)
Tennis -Bakı Tennis Akademiyası- ( Kişilər və Qadınlar)
Voleybol -Kristal Holl 1- ( Kişilər və Qadınlar)
Boks -Kristal Holl 2- (Kişilər)
Zorxana - Kristal Holl 2- (Kişilər)
Karate - Sərhədçi İdman Kompleksi- ( Kişilər və Qadınlar)
Taekvondo - Sərhədçi İdman Kompleksi- ( Kişilər və Qadınlar)
Ağır atletika -Azərbaycan Ağır Atletika Akademiyası- ( Kişilər və Qadınlar)/modern.az/
MediaFax