İŞİD xəstəxanaya hücum etdi: 3 türk əsgər şəhid oldu

İŞİD terrorçuları Suriyanın şimalında türk ordusuna aid səhra xəstəxanasının olduğu yerə hücum edib.
 
"Hürriyet”in yaydığı məlumata görə, türk əsgərləri arasında həlak olan və yaralananlar var. Xeyli sayda terrorçunun məhv edildiyi bildirilir.
 
Hadisə Suriyanın şimalındakı Əl-Bab yaşayış məntəqəsinə yaxın yerdə baş verib.
 
Qeyd edək k, Türkiyə ordusu Suriyanın şimalında Azad Suriya Ordusu döyüşçülərinə dəstək olaraq "Fərat Qalxanı” adlı hərbi əməliyyat keçirir. Hazırda əməliyyatın 120-ci günüdür.

X X X

Suriyanın Əl-Bab şəhəri ətrafında İŞİD terrorçularının hücumu nəticəsində 3 türk əsgəri həlak olub.
 
"Hürriyet"in verdiyi xəbərə görə, hadisə zamanı 11 əsgər yaralanıb. Döyüş davam edir./APA/

MediaFax