İŞİD Mosulda kimyəvi silah işlədib

İŞİD terror təşkilatının döyüşçüləri oktyabrın 23-də İraqın Mosul şəhərində kimyəvi silahdan istifadə ediblər.

"Gazeta.ru”nun verdiyi məlumata görə, bu barədə BMT-nin nümayəndəsi Ravina Şamdasani bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində 4 nəfər ölüb.

R. Şamdasani qeyd edib ki, terrorçular dinc vətəndaşların yaşadığı ərazilərdə kükürd və ammonyak ehtiyatları saxlayıblar./qafqazinfo.az/

MediaFax