“İŞİD məhv ediləcək, buna əminəm” - Obama

ABŞ prezidenti Barak Obama İŞİD terror qruplaşmasının gec-tez məhv ediləcəyinə əmin olduğunu bildirib.
 
 
"TASS”ın məlumatına görə, bu barədə Ağ Evin sahibi Çikaqoda çıxışı zamanı deyib.

"Biz Üsamə bin Laden də daxil olmaqla 10 mindən çox terrorçunu məhv etmişik. Rəhbərlik etdiyimiz beynəlxalq koalisiya İŞİD liderlərini məhv edib və onun tutuduğu ərazisinin təxminən yarısını geri alıb. İŞİD məhv ediləcək və Amerikanı hədələyən heç bir terrorçu təhlükəsizlikdə olmayacaq”, - deyə Obama.

Qeyd edək ki, Obamanın prezidentlik müddəti yanvarın 20-də bitir./qafqazinfo.az/

MediaFax