Son iki il ərzində İŞİD terror təşkilatının gəlirləri iki dəfə azalıb.
Bu nəticə Britaniyanın Kinqs Kollec İnstitutunun apardığı tədqiqatdan sonra ortaya çıxıb. Tədqiqata əsasən, 2014-cü ildə İŞİD-in gəlirləri 1,9 milyard dollar olub.
Keçən il bu gəlir 870 milyon dollara qədər azalıb.
Tədqiqat müəllifləri bu azalmanı İŞİD-in Suriya və İraqda itirdiyi ərazilərlə əlaqələndirib.
İŞİD-in keçən il əsas gəlir mənbəyi nəzarət etdiyi bölgənin əhalisindən yığdığı vergilər olub. Terror təşkilatı ikinci əsas gəliri neft satışından əldə edib./axar.az/
MediaFax