İŞİD-in azərbaycanlı nümayəndəsi ələ keçdi - Foto

İŞİD-in Qafqaz üzrə nümayəndəsi, Azərbaycan vətəndaşı olan Zaman Piriyev Türkiyənin Yalova vilayətində saxlanılıb. 

Təxminən bir həftə öncə Türkiyəyə gələn Piriyev Yalovada keçirilən xüsusi əməliyyat zamanı polis tərəfindən saxlanılıb. 

Onun İŞİD-in paytaxtı sayılan Suriyanın Raqqa şəhərindən gələn təşkilat üzvləri ilə görüşdüyü və Çiftlikköy qəsəbəsində bir evdə qaldığı bildirilir. 

Türk mətbuatının yazdığına görə Türkiyədə genişmiqyaslı bombalı hücum planı hazırlayan Piriyev və digər İŞİD üzvləri Yalova polis idarəsinin terrorla mübarizə şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Polisin Çiftlikköy qəsəbəsindəki evə basqını zamanı Piriyevlə birlikdə 5 İŞİD-çinin həbs olunduğu bildirilir./avropa.info/
 


MediaFax