İŞİD müdhiş bioloji terror üsulları ilə kütləvi insan qırğınına nail olmağa çalışır.
Terror qruplaşması Yaxın Şərqin, eyni zamanda Avropa və MDB ölkələrinin iri şəhərlərində içməli su şəbəkələrini zəhərləməyə hazırlaşır. Terrorçu qurumun rəhbərliyi kütləvi terror məqsədilə zəhərlərin hazırlanması öyrədilən xüsusi vəsait çap etdirib.
Vəsaitin ayrıca bir hissəsi su kəmərləri ilə paylanan içməli suları zəhərləmək üçün zəhərlərin ev şəraitində hazırlanmasına həsr edilib. Bölmədə insanlarda maksimal zəhərlənmə effektinə nail olmaq məqsədilə konkret olaraq hansı zəhərli maddələrin işlədilməsi də göstərilir.
Məlumatda konkret olaraq hansı dövlətə aid olduğu göstərilməyən xüsusi xidmət orqanlarının "İŞİD”in mümkün qədər çox insan itkisinə nail olmaq üçün çoxmənzilli yaşayış binalarını su ilə təmin edən bütöv su sistemi şəbəkələrini zəhərləyə bilməsi ehtimalı olması barədə xəbərdarlıq etdiyi də bildirilir.
Xəbər yayıldıqdan sonra life.ru-nun canlı efirində müzakirə aparan Rusiya mütəxəssisləri sözügedən zəhərlərin hazırlanması mümkün olsa da, normal mühafuzə sistemi olan dövlətlərdə, o cümlədən Rusiya ərazisində bu cür terror aktlarının gerçəkləşdiirlməsinin real görünmədiyini bildiriblər. Bununla belə, hər bir vətəndaşın və əlaqədar dövlət qurumlarının ayıq-sayıq olmasının vacibliyi vurğulanıb./moderator.az/
MediaFax