İŞİD-i məhv etmək olmaz - Yəhudi ekspert

İŞİD terror təşkilatının yox edilməsi strateji xətadır.

Bu sözlər İsrail eksperti Efraim İnbarın "Hayom” qəzetində çap olunan məqaləsində yer alıb. Onun sözlərinə görə, İŞİD siyasi boşluğun olduğu hər yerdə uğur qazanır:

"İŞİD bir çox müsəlman gənc üçün cəlbedici idi. Zəif İŞİD yox olmuş İŞİD-dən daha yaxşıdır. Çünki İŞİD dünyanın hər tərəfində radikal müsəlmanları öz ətrafında toplaya bilər. Bunun sayəsində terrorçuların müəyyən edilməsi daha da asanlaşacaq və kəşfiyyata ehtiyac olmayacaq. ABŞ-ın liderliyindəki beynəlxalq koalisiyanın İŞİD xilafətini yox etmək cəhdi "Qərb islamı yox edir” düşüncəsinin doğmasına və müsəlmanların Qərbə olan nifrətlərinin artmasına səbəb olur.
 
İŞİD-i yox etmək Rusiya və Suriyanın güclənməsinə səbəb olacaq, İraq İranın nəzarətinə keçəcək və Hizbullahın İŞİD-lə savaşına son qoyacaq. İŞİD-dən sonra İran bölgədəki hegomonluğunu artıracaq. Amerika Prezidenti Barak Obama hələ də bölgədə əsl düşməninin İŞİD yox, İran olduğunu anlaya bilməyib”./millətinsəsi.az/
 


MediaFax