"İslam dövlətinin” bir qrup yaraqlısı öz başçılarıyla birlikdə Suriyadan Avropaya keçiblər.
Bu barədə "Daily Mail”-ə istinadən Russian.rt.com saytı yazır. Sayt qeyd edir ki, Daily Mail məlumatı İtaliya kəşfiyyat xidmətinin məlumatlarına əsasən yayıb.
Qeyd olunur ki, 400 nəfərdən ibarət yaraqlılara alban terroristi, İŞİD-in yüksək rütbəli əmiri Abu-Abdul əl-Kosov kimi tanınan Lavdrim Mühaciri başçılıq edir.
Daily Mail bildirir ki, xüsusi xidmət orqanlarının məlumatlarına əsasən terrorçular hədəf kimi Kosovo dövlət müəssisələri, həmçinin serb provoslav kilsələrini müəyyən ediblər.
Mühaciri dəfələrlə İŞİD-in videolarında görüntülənib. Qeyd olunur ki, terrorçu hələ 2013-cü ildə Suriyadan Kosovoya keçərək, yenidən geri qayıtmağa müvəffəq olub./bastainfo.com/
MediaFax