İŞİD-dən daha bir dəhşətli cinayət

Suriyada İŞİD terror təşkilatı tərəfindən hücum zamanı azərbaycanlı qadın 2 uşağı ilə birlikdə öldürülüb.
 
"Middleeastpress.com”un verdiyi məlumata görə, öldürülən uşaqlar 7 yaşlı qız və 3 yaşlı oğlan olub.
 
Məlumata əsasən, qadınını əri Fikrət Əliyev Suriyada döyüşən qruplaşmalardan birinə qoşulmaq üçün 2015-ci ilin əvvəllərində ailəsi ilə birlikdə bu ölkəyə köçüb.
 
F. Əliyev qruplaşmaya qoşulduqdan 4 ay sonra öldürülüb. 
 
Onların Suriyaya hansı ölkədən gəldikləri barədə məlumat verilmir./APA/

MediaFax