İŞİD-çini öldürüb başıaşağı basdırdılar - Foto

İraqın ən böyük ikinci şəhəri Mosulun İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının işğalından qurtarılması üçün başlanan əməliyyatda iki ay geridə qaldı.
 
Şəhər içərisindəki məhəllələrin bir qismi terror təşkilatından geri alınsa da, əməliyyat olduqca ləng gedir.
 
Bu arada Amerikanın "Associated Press” xəbər agentliyi, şəhər daxilində irəliləməyə çalışan İraq xüsusi qüvvələrinin öldürdüyü bir İŞİD yaraqlısının bədəninin yarıya qədər torpağa basdırılmış fotosunu yayıb. Qıçları havaya doğru açılmış cəsədə, əsgərlərlə birlikdə Barid məhəlləsindəki uşaqlar da baxır.
 
Ötən ay ərzində İŞİD Mosulda tamamilə mühasirədə qalmışdı. Təxminən 6 min yaraqlının şəhər içərisində olduğu ehtimal edilir.
 
Bölgədə çəkilən əvvəlki fotolarda da, öldürülən İŞİD terrorçularının ayaqlarını kəndirlə bağlayan əsgərlərin, cəsədləri yerlərdə sürüklədiyi yer almışdı./modern.az/

MediaFax