İŞİD Bağdadinin yerinə başçı seçir - İddia

Dini terror təşkilat olan İŞİD-in Əbubəkr əl Bağdadinin xələfini seçmək üçün İraqda yüksək səviyyəli görüş keçirdiyi iddia edilib.

İngiltərə mərkəzli Suriya İnsan Haqları Rəsədxanası toplantıya Ceyşul İslam və  bəzi digər təşkilat liderlərinin də iştirak etməsinin gözlənildiyini iddia edib.

İŞİD-in Bağdadinin yerinə başqa bir lider seçmək üçün seçki keçirdiyi hələ dəqiq bəlli deyil. Amma Bağdadinin Mosul hərəkatı zamanı öldüyü iddia edilir.

Bəziləri isə İŞİD liderinin həyatda olduğunu, ancaq ölüm təhlükəsinin qaldığını düşünür.

Suriya İnsan Haqları Rəsədxanası ötən aylarda İŞİD-in yüksək səviyyəli bəzi komandirlərinin ölüm xəbərlərini yaymışdı. Ancaq Bağdadinin ölməsiylə bağlı indiyə qədər çıxan xəbərlərin heç bir təsdiqlənməyib./moderator.az/

MediaFax