İşdən çıxarılan aparıcı danışdı

Aprelin 16-da Türkiyədə konstitusiyaya ediləcək dəyişikliklərə "Xeyr” deyəcəyini bəyan etdiyinə görə işdən çıxarılan tanınmış teleaparıcı İrfan Değirmenci məsələ ilə bağlı tvitterdən açıqlama verib.
 
"Doğan” media holdinqinin rəhbərliyi tərəfindən jurnalist tərəfsizliyini pozduğuna görə işdən çıxarılan "Kanal D”nin aparıcısı qürurunu qoruduğunu deyib:

"Nə qədər gözəl və qürurluyuq. Sayımız da çoxdur”, deyə, qeyd edib.

Qeyd edək ki, işlədiyi media qurumu işçilərinin efirdə olduğu kimi hər yerdə tərəfsiz olmalarının vacibliyini əsas gətirərək İrfan Değirmenci ilə yollarını ayırıb.
 
Aparıcı bir neçə gün əvvəl tvitterdə hakimiyyətdəki qüvvələrə itaət etməyənlərin düşmən gözü ilə görülməsinə "Xeyr” dediyini bəyan etmişdi./lent.az/

MediaFax