İrəvanda etiraz aksiyası

Bu gün İrəvanın Azadlıq meydanında Artur Sarkisyanın azad edilməsi tələbi ilə yürüş başlayıb.

A.Sarkisyan ötən ilin iyul ayında Ermənistan polisi alayının binasını zəbt etmiş "Sasna Tsrer” silahlı qrupunun dəstəklənməsində ittiham edilir.

Hazırda yürüş iştirakçıları Ermənistan paytaxtının mərkəzi küçələri ilə addımlayırlar və "Məhbuslar xəstəxanası”na doğru irəliləyirlər. Xəstəxana binasının yaxınlığında aksiya iştirakçıları Sarskisyana dəstək nümayiş etdirəcək və ondan fevral ayının 9-da başladığı aclıq aksiyasını dayandırmağı xahiş edəcəklər./virtualaz.org/

MediaFax