İraq qoşunları Mosula daxil oldu

İraq qoşunları Mosuldan 800 metr məsafədədir və bir neçə saatdan sonra şəhərə girə bilər.

Bu barədə "Reuters” agentliyi ordu komandirlərindən birinə istinadla məlumat yayıb.

Xatırladaq ki, iki ilə yaxındır İŞİD terror qruplaşmasının nəzarətində olan Mosula genişmiqyaslı hücum oktyabrın 17-dən başlayıb. Hərbi əməliyyatlar İraq hərbçiləri və polis qüvvələri, həmçinin kürd dəstələri tərəfindən ABŞ başda olmaqla beynəlxalq koalisiya aviasiyasının dəstəyi ilə aparılır.

İraqın hökumət qüvvələri qazanılmış nailiyyətləri möhkəmlətmək məqsədi daşıyan üçgünlük fasilədən sonra bazar ertəsi günü Mosul üzərinə hücumları bərpa edib./AZƏRTAC/
 
X X X
 
İraq ordusu Mosulun Karama rayonuna girib.

"Reuters" xəbər verir ki, hərbçilər ilk dəfə olaraq, şəhərə daxil olublar.

ABŞ tərəfindən yaradılan terrora qarşı mübarizə dəstəsindən general Visem Araci bildirib: "Mosula girdilər... Hazırda Karamada döyüşlər gedir"./report.az/
 
MediaFax