"Kommivoyajör" filminə görə dünyanın ən nüfuzlu film mükafatına namizəd olan iranlı rejissor Əsgər Fərhadi ABŞ-da miqrant siyasətinə görə Oskar mərasiminə qatıla bilməyəcək.
Bu barədə İran-Amerika şurasının rəhbəri Trit Parsi şəxsi Tvitter hesabında məlumat yayıb. Fərhadi özü ABŞ-a giriş qadağasını şərh etməyib.
Daha əvvəl, "Kommivoyajör" filmində baş qəhrəmanı canlandıran Təranə Alidusti bildirib ki, Trampın siyasətinə etiraz əlaməti olaraq, mərasimə qatılmaqdan imtina edib.
Qeyd edək ki, Tramp 7 ölkə vətəndaşının ABŞ-a girişinə məhdudiyyət qoyub - İran, İraq, Yəmən, Liviya, Suriya, Somali və Sudan./aznews.az/
MediaFax