İrandan yeni təyyarə ilə bağlı Maraqlı qərar

38 il sonra alınan "Airbus 321” təyyarəsi Məşhəd üzərində dövrə vuracaq.

Bu sözləri İran Hava Yolları rəhbərinin müavini Həsən Qasımi TV3 telekanalına açıqlamasında deyib.

O bildirib ki, təyyarə İmam Rza Türbəsinin üzərində uçuş həyata keçirəcək.

Qeyd edək ki, 38 il sonra İrana qarşı tətbiq olunan iqtisadi sanksiyaların aradan qaldırılmasından sonra alınan ilk "Airbus A321” təyyarəsi ilə bağlı keçirilən mərasimlər dindar kəsim tərəfindən ciddi qınağa səbəb olmuşdu./axar.az/

MediaFax