İrandakı hərbi bazadan havaya qalxan Rusiyanın Tu-22M3 və Su-34 bombardmançı təyyarələri bu gün Suriyada terrorçuların mövqelərinə aviazərbələr endirib.
"RİA Novosti”nin verdiyi məlumata görə, bu barədə xəbəri Rusiya Müdafiə Nazirliyi yayıb.
Bildirilir ki, Həmədandakı aerodromdan havaya qalxan təyyarələr Hələb, İdlib, Deyr-əz-Zor vilayətlərində yerləşən İŞİD və "Əl-Nüsra”nın mövqelərinə zərbələr endirib.
Nəticədə Rusiya aviasiyası 5 böyük silah anbarını, Serakab, Əl-Bab, Hələb, Deyr-əz-Zor yaşayış məntəqələrində yerləşən təlim düşərgələrini darmadağın edib.
Həmçinin Cafra və Deyr-əz-Zor şəhərləri yaxınlığında terrorçuların 3 idarəetmə məntəqəsi məhv edilib.
Aviazərbələr endirildikdən sonra təyyarələr İrandakı bazaya qayıdıblar./apa.az/
MediaFax