İranda Vaşinqtonun bir sıra müsəlman ölkələrinə viza məhdudiyyəti tətbiq etməsi qərarına cavab tədbirlərinin həyata keçirilməsi üçün qurumlararası komissiyanın yaradılması nəzərdə tutulur.
Bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasımi deyib.
Onun sözlərinə görə, bu komissiyanın ilk addımı İranın bütün ölkədəki səfirlərinə direktivin göndərilməsi olacaq.
Komissiyanın növbəti addımları barədə müzakirələr nəticəsində qərar veriləcək./trend.az/
MediaFax