İran 3 il ərzində Qazaxıstandan 950 ton uran qarışığı almaq niyyətindədir.
Bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi deyib.
"Razılaşmanın yerinə yetirilməsi müddəti 3 ildir. Əvvəlcə iki il ərzində 650 ton iki partiyada gətiriləcək. Qalan 300 ton isə 3-cü il ərzində ölkəyə göndəriləcək”, - Salehi bildirib./axar.az/
MediaFax