İran idmançılarına Türkiyə ilə bağlı qadağa qoydu

İranın İdman Nazirliyi  bütün federasiyalarına Türkiyəyə getməyi qadağan edib.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, federasiya rəhbərliklərinə bununla bağlı rəsmi təlimat verilib.
 
Türkiyədəki baş verən son hadislərə görə bu addım atılıb.

Nazirlik ikinci xəbərdarlığa qədər idmançıların və futbol klublarının Türkiyəyə getməsini istəmir.

Xatırladaq ki, Türkiyədə son vaxtlar baş verən terror aktlarına görə Almaniya klubları da gələn ay Antalya şəhərində keçirməyi nəzərdə tutduqları təlim-məşq toplanışını ləğv ediblər./qol.az/

MediaFax