Tənəzzül daha da dərinləşib - Tanınmış iqtisadçı

"İl sonu makroiqtisadi göstəricilərin pisləşməsi növbəti ildə böhrandan çıxış imkanlarını azaldır"

Bu fikirləri iqtisadçı Qubad İbadoğlu "facebook” səhifəsində yazıb.

Dövlət Statistika Komitəsi bu ilin 11 ayının makroiqtisadi nəticələrini açıqlayıb. İqtisadçı deyir ki, açıqlanan göstəricilərin trend təhlili göstərir ki, son 1 ayda iqtisadiyyatda tənəzzül dərinləşib, dövlət büdcəsinin kəsiri, inflyasiya və işsizlik artıb:

"Bu dövr üçün ən neqativ tendensiya sənaye istehsalında böhranın başlaması və bu bölmədə tənəzzülün dərinləşməsidir. Beləliklə də, həm ÜDM-də, həm də qeyri-neft ÜDM-ində eniş bir az da artaraq mənfi 3,9 faiz (əvvəlki ayla müqayisədə 0.2 faiz bəndi çox) və mənfi 5,6 (əvvəlki ayla müqayisədə 0.1 faiz bəndi çox ) faizdə qərarlaşıb. Bu ilin sonuna yaxınlaşdıqca, makroiqtisadi göstəricilərin pisləşməsi növbəti ildə böhrandan çıxış imkanlarını daha da azaldır. Belə ki, sıfırdan artıma nail olmağın asan olmadığı halda, Azərbaycan iqtisadiyyatının 4 faizlik kiçilmədən sonra böyüməyə başlayacağı xeyli çətin görsənir”.

Qubad İbadoğlu deyir ki, dünən FED uçot dərəcələrini gözənildiyi kimi 0,25 faiz bəndi səviyyəsində artırdı. FED-in son qərarından sonra dollar dünya valyuta bazarlarında yenidən bahalaşmağa başlayıb./qaynarinfo.az/

MediaFax