İqtisadçı Mərkəzi Bankın valyuta ehtiyatının azalmasından danışdı

"Mərkəzi Bankın valyuta ehtiyatı dekabr ayında pisxoloji həddi keçib və 3 milyard 974,4 milyon dollara düşüb".

Bu sözləri iqtisadçı ekspert Samir Əliyev deyib.

Samir Əliyevin sözlərinə görə, azalma 0,9% olub: 

"Bununla da Bankın ehtiyatlı 9 illik minimum həddə düşüb. Bankın ehtiyatı son dəfə 2008-ci ilin yanvarında 4 milyard dollardan aşağı olub. Ehtiyatların azalması böyük ehtimalla onun tərkibinə daxil olan valyutaların dekabrda ucuzlaşması ilə bağlıdır. Ötən il dekabrda avro dollara nisbətən 0,9%, ingilis funtu isə 1,5% ucuzlaşıb".

Ekspert bildirib ki, Neft Fondundan Mərkəzi Banka 2017-ci ildə 4,2 milyard dollar ayrılması valyuta ehtiyatının azalmasını arxa plana keçirib: 

"Çünki il ərzində gözlənilməz hal baş verməsə, Mərkəzi Bank bazarı ehtiyatları hesabına yox, Neft Fondunun transferti hesabına tənzimləyəcək. Güman ki, valyuta ehtiyatlarının il ərzində azalması daha çox məzənnə fərqi hesabına olacaq"./qaynarinfo.az/

MediaFax