İqtidar-müxalifət dialoqu olacaqmı? - Açıqlama

Uzun müddət olar ki, iqtidar-müxalifət dialoqu baş tutmur. Düzü, görüşün reallaşması üçün tərəflər addım belə atmır.
 
Maraqlıdır, növbəti ildə  iqtidar-müxalifət görüşü baş tuta bilərmi?
 
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu saytımıza açıqlamasında bildirib ki, iqtidar tərəfdən dialoqla bağlı təklif gələrsə, bu barədə sadəcə düşünmək olar.
 
"Azərbaycan iqtidari dialoqa, görüşə nə qədər ehtiyac duyursa, biz də o qədər duyuruq. Növbəti iqtidar-müxalifət dialoqu baş tutarsa, bu da iqtidar tərəfindən ola bilər. Bizə elə bir dəvət, təklif olunarsa, həmin dəvət haqqında düşünmək olar. Amma hələ ki, "hə” cavabı vermək olmaz”
 
Partiya sədrinin sözlərinə görə, ölkədəki böhrandan çıxmaq üçün təklif irəli sürsək belə, bu, özünü doğrultmayacaq.
 
"Biz bu təklifdə bulunmuşuq. Avropa oyunları ərəfəsində, parlament seçkiləri öncəsi hökumətə müəyyən təkliflərin edilməsi ilə bağlı çıxış etmişik. Bu da təxminən 2 il bundan əvvələ təsadüf edir.
 
Təkliflərimizi səsləndirərkən nəticəsini də görmüşük. Azərbaycan ictimaiyyətindən qınaqdan və biganəlikdən başqa bir şey görməmişik. Düşünürəm ki, növbəti dialoq üçün müraciət etməyə dəyməz”./modern.az/

MediaFax