85 saylı Şamaxı seçki dairəsindən Milli Məclisin deputat Elxan Süleymanov AVRONEST Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsindən azad olunub.
Deputat Elxan Süleymanov AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin sədri olduğu müddətdə Milli Məclisin komitə və plenar iclaslarına qatılmayıb.
Maraqlısı odur ki, Elxan Süleymanov AVRONEST PA-dakı vəzifəsindən azad olunduqdan sonra da Milli Məclisin iclaslarına gəlmir.
Məsələ ilə bağlı Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Əbiyevin fikirlərini öyrəndik.
Parlamentin və deputatların intizam məsələlərinə cavabdeh olan komissiyanın sədri Ağacan Əbiyev saytımıza açıqlamasında bildirib ki, əgər Elxan Süleymanovla bağlı Milli Məclisin sədri İntizam Komissiyasına hansısa tapşırıq versə, bu, mütləq icra olunacaq:
"Əgər Milli Məclisin sədri deputat Elxan Süleymanovla bağlı bizə tapşırıq versə, onu İntizam Komissiyasına dəvət edəcəyik”.
Ağacan Əbiyev bildirib ki, deputatlara hansısa intizam cəzasının verilməsi parlamentin sədrinin tapşırığına əsasən həyata keçirilir:
"Hansısa deputata intizam cəzasının verilməsi, onunla bağlı ölçü götürülməsini Milli Məclisin sədri tapşırır”./modern.az/