İnterpol bu vəkili axtarır - Foto

Azərbaycanlı vəkil Rəna Həsənli beynəlxalq axtarışa verilib.

Bu barədə İnterpolun saytında məlumat yer alıb. R.Həsənli dələduzluqda təqsirli bilinir və ölkədən qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan edilib.

Xatırladaq ki, Rəna Həsənli vəkillik fəaliyyəti ilə yanaşı, bir sıra tok-şoularda ekspert qismində çıxış edib. R.Həsənli daha çox Zaur Baxşəliyevin aparıcısı olduğu "Onun yarısı" verilişindən tanınır./ölkə.az/
 


MediaFax