İnsult keçirən sürücü piyadanı vurdu - Yenilənib

16:32 
 
Bakının mərkəzində ağır yol qəzası baş verib.

Hadisə Yasamal rayonu, Mətbuat prospekti 23 ünvanında baş verib.

Yolun üzü "Azərbaycan nəşriyyatı" istiqaməti ilə hərəkət edən 90-ZC -452 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq piyadanı vurub. Hadisəyə səbəb sürücünün sükan arxasında insult keçirməsi qeyd olunur. Vurulan piyadanın vəziyyəti olduqca ağır qiymətləndirilir. Adı hələ bəlli olmayan piyada başından zərbə alıb.

Hadisə yerinə polis və təcili tibbi yardım avtomobilləri cəlb edilib./missiya.az/ 
 
-------------
17:46
 
Bakıda sürücü sükan arxasında infarkt keçirib və nəticədə bank işçisini vurub.

Hadisə Mətbuat prospektində qeydə alınıb.

Məhərrəmov Fərman Azad oğlu idarə etməsində olan "KİA" markalı avtomobillə hərəkətdə olan zaman qəfildən infarkt keçirib. İdarəetmədən çıxan avtomobil yol kənarında hərəkət edən piyada 53 yaşlı Abbasov Fariz Nikolay oğlunu vurub divara çırpıb. Məlum olub ki, sürücü F.Məhərrəmov hadisə yerində dünyasını dəyişib.

F.Abbasov isə açıq kəllə-beyin travması, döş qəfəsinin əzilməsi və sol bud nahiyyesində xəsarətlərlə 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə aparılıb. O, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, F.Abbasov ölkədə fəaliyyət göstərən banklardan birində çalışıb./report.az/
 
-----------
16:32




MediaFax