Hazırda Çin futbolu səs-küylü transferləri ilə diqqət çəkir.
Bu ölkənin superliqasına milyonlar qarşılığında gedən ulduz futbolçuların sayı artmaqdadır. Halk, Oskar, Cekson Martinez, Jervinyo kimi ulduzlar artıq müxtəlif Çin klublarının oyunçularıdır.
Amma bu ölkədən gələn fantastik təklifləri rədd edən futbol adamları da az deyil.
Kriştiano Ronaldo
Futbolçunun meneceri bu yaxınlarda bildirib ki, bir Çin klubu Ronaldo üçün "Real”a 300 milyon avro, futbolçunun özünə isə ilinə 100 milyon avro təklif edib.
Amma portuqaliyalı bundan imtina edib. Bənzər təklifin "Barselona”lı Lionel Messiyə də gəldiyi bildirilir. Hələlik argentinalı futbolçu bu xəbərlərə münasibət bildirməyib.
Arda Turan
Türk futbolçu Çindən gələn ilinə 15 milyon avroluq təklifi qəbul etməyib.
Zlatan İbrahimoviç
İlinə 120 milyon avroluq təklifi rədd edib.
Sesk Fabreqas
30 yaşı olmasına baxmayaraq, ispan futbolçu da Çin klublarının maraq dairəsinə düşüb. Amma o, 30 milyonluq transfer təklifindən boyun qaçırıb.
Ueyn Runi
Runi "Mançester Yunayted”də əsas heyətdə yerini itirsə də, komandasına sadiqdir. Çinin təklifi onu da maraqlandırmayıb.
Luka Modriç
İllik 20 milyon avroluq təklifə xorvatiyalı "yox” deyib.
Markos Roxo
"Mançester Yunayted”in argentinalı müdafiəçisi də Avropada qalmağı üstün tutub.
Ernanes
"Yuventus”un braziliyalı yarımmüdafiəçisinə ilinə 7 milyon avro təklif olunub. Amma o da bu təklifə müsbət yanaşmayıb.
Visente del Boske
"İlimə 15 milyon avro təklif gəlmişdi. Qəbul etmədim”. Bu sözlər İspaniya millisinin sabiq baş məşqçisinə məxsusdur.
Joze Mourinyo
Mourinyo Çindən alacağı mümkün təkliflə bağlı deyib: "Çindən gələn təkliflər çoxlarını cəlb edir. Amma mən daha çox yüksək səviyyədə futbola üstünlük verirəm. 53 yaşım var. Bu yaşda Çinə getməzlər”./musavat.com/
MediaFax