İnflyasiya proqnozları üstələdi

Türkiyədə bu ilin fevral ayında istehlak qiymətləri indeksi illik müqayisədə 0,81% artım göstərib.

"Bloomberg" agentliyi xəbər verir ki, daxili istehsal qiymətləri indeksi fevralda 1,26% artıb. Beləliklə, illik inflyasiya 10,13%, daxili istehsal inflyasiyası isə 15,36% təşkil edib. Qeyd edək ki, inflyasiya proqnozları aylıq 0,48%, illik isə 9,74%-ə bərabər olub. Xəbərin açıqlanması Türkiyədə dolların məzənnəsinin artmasına səbəb olub. Belə ki, səhər 3,71 TRY/USD olan dollar, hazırda 3,75 TRY/USD səviyyəsinə yaxınlaşıb. Gündəlik artım isə hələlik 0,47% təşkil edib.

"Report"un analitik qrupu Türkiyədə dolların məzənnəsinin ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artırması ehtimalının güclənməsi ilə 3,78-3,80 TRY/USD səviyyəsinə qədər arta biləcəyini, daha sonra, yay ayları yaxınlaşdıqca inflyasiyada azalmanın gözlənilməsi ilə 3,50-3,55 TRY/USD-yə düşəcəyini proqnozlaşdırır.

MediaFax