Hadisə rayonun Vidadi kəndində baş verib.
Kənd sakini 58 yaşlı Bəhram Bayramov tövlədə olarkən iribuynuzlu heyvan onun qarın nahiyəsindən vurub.
Xəsarət alan şəxs dərhal yaxınlarının köməkliyi Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə gətirilib və əməliyyat olunub.
İsmayıl İsmayılov, həkim: "Əməliyyat vaxtı yoğun bağırsağın zədələnməsi və dərin intaksasiya müəyyən edilib. Xəstə təcili əməliyyat olunub, yara tikilib, qarın boşluğu yuyulub, təmizlənib ağır vəziyyətdə olduğu üçün reanimasiya şöbəsinə yerlışdirilib"./ARB/
MediaFax