Çində ictimai təhlükəsizliyə zidd olduğu bəhanəsi ilə son 3 ay ərzində 3500 məscid məhv edilib.
Bu barədə informasiyanı "Azad Avropa” radiosu özünün etibarlı mənbələrinə istinadən yayıb. Radio Uyğur Muxtar Vilayətində müsəlmanlara qarşı Pekinin münasibətinin son günlər daha da sərtləşdiyini bildirib.
Pekin xristianlara da təqibi gücləndirib. Belə ki, son bir neçə il ərzində missionerlik fəaliyyətlərinə qarşı mübarizə adı altında 1500-ə yaxın kilsə ya məhv edilib, ya da bağlanmağa məcbur edilib.
Qeyd edək ki, Çində rəsmi qaynaqlara görə, 23 milyon, qeyri-rəsmi məlumatlara görə isə 50 milyon müsəlman yaşayır. Bundan öncə Çin hökuməti uyğur türklərinin yaşadığı bölgələrdə stabilliyi qorumaq məqsədi ilə məscidlərə 350 məmur yerləşdirəcəyini açıqlayıb./axar.az/
MediaFax