Çin Tayvana qarşı sanksiyalara hazırlaşır - Trampa görə

Çin Tayvana qarşı sanksiyalara hazırlaşır.

Bu barədə informasiyanı "Röyter” agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb. Pekinin belə addım atmasına səbəb ABŞ-ın yeni prezident administrasiyasının Tayvana açıq dəstək verdiyini bildirməsidir.

Qeyd edək ki, Tramp prezident seçildikdən dərhal sonra Tayvan lideri Çay İnvenlə telefon vasitəsilə əlaqə saxlayıb. Bu vaxta qədər Amerika liderləri Tayvanla birbaşa əlaqələrdən qaçaraq "vahid Çin” siyasətini müdafiə ediblər. Trampın bu addımı Çinin kəskin reaksiyasına səbəb olub./axar.az/

MediaFax