Çin klubları çətinə düşdü

Çin Super Liqasında yeni limit müəyyənləşdirilib.

Çin çempionatının başlamasına az qalmış futbol federasiyası legionerlərə tətbiq olunan limiti dəyişdirib.

İndiyə qədər Çin çempionatında hər komanda oyuna 4 legionerlə çıxa bilərdi. Yeni qərardan sonra komandalar meydana yalnız 3 legioner buraxa biləcəklər.
 
Yerli futbolçulardan biri isə mütləq 23 yaşa qədər olmalıdı./qafqazinfo.az/

MediaFax