"Bu il Çinin hərbi büdcəsi 7% artacaq və ÜDM-in 1,3%-ni təşkil edəcək".
BBC xəbər verir ki, bunu Çin Milli Xalq Konqresinin (MXK) rəsmi nümayəndəsi Fu İn bildirib.
Qeyd edək ki, Çin hərbi büdcəsinin həcminə görə dünyada ABŞ-dan sonra ikinci yeri tutur. 2016-cı ildə Çinin hərbi xərcləri 7,6% artaraq 146 milyard dollar təşkil edib. 2015-ci ildə isə orduya 135 milyard dollar ayrılıb.
Xatırladaq ki, bu bəyanat ABŞ prezidenti Donald Trampın ABŞ-ın müdafiə xərclərini 10% artırmaq niyyətini elan etməsindən bir neçə gün sonra verilib./report.az/
MediaFax