Çin də Koreya liderinin bu addımını pislədi

Çin Şimali Koreyanın ballistik raket sınağı keçirməsinin əleyhdarıdır.
 
Bunu jurnalistlərə açıqlamasında Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Gen Şuan söyləyib.

O, Pxenyanın ballistik raket sınağı keçirməklə BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozduğunu bildirib. Şuan Koreya yarımadasının nüvə silahından təmizlənməsinin Pekinin marağında olduğunu söyləyib.

Qeyd edək ki, dünən Şimali Koreya yeni ballistik raket sınağı keçirib. Pekinin bu addımı Yaponiya, Cənubi Koreya və ABŞ-ın kəskin etirazına səbəb olub.
 
Vaşinqton artıq məsələ ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

Çin hazırda Şimali Koreyaya yeganə təsir qüvvəsinə sahib ölkə hesab edilir. Bəzi ekspertlər hətta Pekini Pxenyanın hamisi də adlandırırlar./axar.az/

MediaFax