43 yaşlı Beyləqan sakini Xalid Pəsiyev böyrəyini satır.
Bununla bağlı redaksiyamıza müraciət edən X.Pəsiyevin sözlərinə görə, 10 yaşlı oğlunun xəstəliyi onu bu cür addım atmağa vadar edib: "Oğlum yerimir, anadangəlmə problemləri var. Həkimlər bildirirlər ki, xaricdə əməliyyat olunsa nəticə verər. İrana və digər yerlərə müalicələrə aparmışam. Lakin müəyyən nəticələr olsa da sağlamlığında hələlik ciddi dəyişikliklər yoxdur. Artıq uzun müddətdir ki, böyrəyimi satmağı düşünürəm. Bəzi dostlara da demişəm ki, böyrəyimi satmaqda mənə köməklik etsinlər. Sizin qəzetdə mərhum xalq artisti Eldəniz Zeynalovun oğlu üçün təcili donor axtarılması ilə bağlı yazını oxudum. Onların ailəsinə bu barədə müraciət etdim, lakin hələ ki, mənə dəqiq bir söz deməyiblər. Mən isə oğlumun əməliyyatı üçün bu məsələni tezləşdirmək istəyirəm, bunun üçün redaksiyanıza müraciət etdim”.
Xalid Pəsiyevin sözlərinə görə, ixtisasca əczaçıdır, bundan əvvəl aptek müdiri işləyib. Lakin hazırda Bakıda fəhlə işində çalışır, maddi durumu isə ürəkaçan deyil: "Oğlumun vəziyyəti məni çox narahat edir. Fikirləşirəm ki, bir böyrəklə də yaşaya bilərəm. Maddi imkansızlıqdan bu cür addım atmağa məcburam”.
Qeyd edək ki, böyrək üçün donor axtaranlar bu mobil nömrə vasitəsi ilə Xalid Pəsiyev ilə əlaqə saxlaya bilərlər: 077 569 10 96./musavat.com/